Şoyqu: “Pentaqon Rusiya sərhədlərində hərbi ssenarilər hazırlayır”
Bizi izləyin

Dünya

Şoyqu: “Pentaqon Rusiya sərhədlərində hərbi ssenarilər hazırlayır”

“Rusiya Federasiyası sərhədlərinə yaxın ərazilərdə hərbi əməliyyatların ssenarilərinin hazırlanmasını müşahidə edir”.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu jurnalistlərə açıqlamasında deyib.

Rusiya müdafiə naziri amerikalı həmkarı Çak Hegelin Moskvanın ünvanına səsləndirdiyi son bəyanatı yada salıb.

Xatırladaq ki, ABŞ müdafiə naziri Amerika ordusu terrorçularla yanaşı, Rusiyanın müasir və döyüş bacarığı olan ordusuna qarşı da durmalı olduğunu bildirib.

“ABŞ ordusunun qarşısına qoyulan tələblərin daha da artacaq, daha müxtəlif və mürəkkəb olacaq. Terrorçularla bağlı təhlükələr uzun müddət davam edəcək. Amma biz həmçinin Rusiya ilə, NATO-dan kənarda olan müasir və döyüş bacarığı olan bir ordu ilə mübarizə aparmalıyıq”, - deyə Ç.Hegel ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm