Türkiyə kəşfiyyatından əməliyyat - İŞİD-dən xilas edildi
Bizi izləyin

Dünya

Türkiyə kəşfiyyatından əməliyyat - İŞİD-dən xilas edildi

İŞİD-ə qoşulan atası ilə beş ay əvvəl Suriyaya gedən səkkiz yaşlı kosovalı uşaq MİT-in dəstəyi ilə xilas edilib. Kosova baş naziri Həşim Taçi uşağın tapılması və xilas edilməsində kömək edən MİT-ə təşəkkür edib.

Publika.az “Star” qəzetinə istinadən xəbər verir ki, iyun ayında İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatına qoşulan atası tərəfindən Suriyaya aparılan 8 yaşlı uşaq xilas edilib. Türk Hava Yollarına aid təyyarə ilə Kosovaya aparılan Erion adlı uşaq Priştine hava limanında anası Pranvera Abazi və yüksək rütbəli məmurlar tərəfindən qarşılanıb.

Erionu xilas etmə əməliyyatında Türkiyənin xüsusi xidmət orqanı olan Milli Kəşfiyyat İdarəsinin (MİT–Milli İstihbarat Təşkilatı – red.) də iştirak etdiyi məlum olub. Kosova baş naziri Haşim Taçi də Kosova xüsusi xidmət orqanının türkiyəli həmkarlarının dəstəyi ilə Erion Abazi adlı uşağın qurtarıldığını deyib. Əməliyyatın olduqca təhlükəli olduğunu qeyd edən Taçi MİT-ə təşəkkür edib.

Kosovalı Erion Abazini atası Arben Zena boşandığı xanımı, uşağın anası Pranvera Abazidən icazəsiz Suriyaya aparıb.

Deyilənə görə, atası Erionu Albaniya və Türkiyə üzərindən Suriyaya aparıb. Erionun atası hələ də Suriyadadır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm