Moskvanın müttəfiqi nüvə gücünü nümayiş etdirdi
Bizi izləyin

Dünya

Moskvanın müttəfiqi nüvə gücünü nümayiş etdirdi

Hindistan səsdən sürətli qanadlı raketin növbəti sınağını müvəffəqiyyətlə həyata keçirib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Hindistan Müdafiə Tədqiqatları Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan “yer-yer” tipli “Nirbhay” raketi Orissa ştatında yerləşən Çandipur poliqonundan buraxılıb.

Raket nüvə başlığını daşımaq xüsusiyyətinə malikdir. Bildirilir ki, raket min kilometr məsafədə yerləşən hədəfləri vura bilir. Bundan başqa, “Nirbhay”ın uçuş zamanı manevr etmək qabiliyyəti onun radarlardan yayınmasını asanlaşdırır.

Quru, dəniz və havadan buraxıla bilən qanadlı raketin 2013-cü ilin mart ayında keçirilən ilk sınağı uğursuz olmuşdu. Raket həmin vaxt nəzərdə tutulmuş trayektoriyadan kənara çıxmışdı.

Hindistan Müdafiə Tədqiqatları Mərkəzi “Nirbhay” raketi üzərində 2007-ci ildən işlənirdi.

Hindistan Silahlı Qüvvələri iyul ayında səsdən sürətli gəmi əleyhinə "BrahMos" qanadlı raketlərini yenidən sınaqdan keçirmişdi. "BrahMos"un idarəetmə sistemi Rusiyanın strateji X-101 və X-555 raketlərinin bazasında formalaşdırılıb. Rusiya və Hindistanın birgə hazırladığı raketin sınağı uğurlu olmuşdu.

Qeyd edək ki, X-101 və X-555 strateji raketləri Rusiyanın uzaqmənzilli bombardmançı Ty-95MS və Tu-160 təyyarələrinin silahları siyahısına daxildir. X-101 raketləri 5.5 min km-dəki hədəfə 400 kq-lıq nüvə başlığı aparmaq gücünə malikdir. X-555 isə 410 kq-la 2 min kilometrdəki hədəf üçün nəzərdə tutulub. Onların sürəti müvafiq olaraq saatda 920 və 970 km-ə çatır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm