Ravvindən şok çağırış: “Müsəlmanların soyqırımı başlanılmalıdır”
Bizi izləyin

Dünya

Ravvindən şok çağırış: “Müsəlmanların soyqırımı başlanılmalıdır”

Atlantanın ətrafında yaşayan yəhudi ravvin Şalom Luis hər kəsi bütün müsəlmanlara qarşı genosid başlamağa səsləyib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın “Mondoweiss” qəzeti yayıb.

Məlumatda Şalom Luisin artıq “müqəddəs xaç yürüşü”nün zamanı gəldiyini bildirdiyi deyilib. Ravvin müsəlmanların terrorçu və dinc əhali olmasından asılı olmayaraq hər kəsin öldürülməsini istəyib:

“Deyilənə görə, müsəlmanların yalnız 5%-i islamın tələblərinə zidd hərəkət edirlər. Allaha şükür ki, bu yalnız 5%-dir. İndi mən rahat yata bilərəm. Amma dayanın, bu ki bizim boğazımızı kəsmək, partlatmaq istəyən 50 milyon cinayətkar deməkdir. Bizim xoşumuz gəlib-gəlməməyindən asılı olmayaraq, hamımız artıq cəbhə xəttindəyik. Döyüş meydanı sərhəd tanımır və müharibə qaydalarsız aparılır. İsrail bu gün hamımıza görə mübarizə aparır. Qoy Allah İsraili və ABŞ-ı qorusun”.

Qeyd edək ki, Şalom Luis üç il əvvəl də eyni təkliflə çıxış etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm