Kobaniyə silah və döyüşçü göndərildi
Bizi izləyin

Dünya

Kobaniyə silah və döyüşçü göndərildi

“BBC”yə açıqlama verən YPG-nin şərq cəbhəsinin komandiri Baharin Kandal İŞİD-in şərqdəki iki cəbhə istisna olunmaqla, bütün bölgələrdən geri çəkildiyini deyib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Kobaninin bir neçə günə İŞİD-dən təmizlənəcəyini proqnozlaşdıran cəbhənin qadın komandiri Kandal, Kobaniyə əlavə olaraq silah, cəbbəxana və döyüşçü gəldiyini deyib. Ancaq Kandal əlavə silah və qüvvənin Türkiyə sərhədi istisna olunmaqla, hər üç tərəfdən mühasirədə olan Kobaniyə necə gətirilməsi barədə açıqlama verməyib. Qadın komandanın dediyindən də bəlli olduğu kimi, Türkiyənin Kobaniyə əlavə silah və döyüşçü göndərilməsinə izin verib-verməməsi qaranlıq qalıb.

YPG-nin hər cəbhədə bərabər rütbəli bir qadın və bir kişi komandiri var.

Xatırladaq ki, Suriyada vətəndaş qırğınından sonra PKK terror təşkilatının Suriya qanadı olan YPG Suriyanın Türkiyə sərhədində yerləşən Kobani şəhərini ələ keçirib. Aylardır dünyanı lərzəyə gətirən İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı isə Suriyada və İraqda bir çox bölgələri ələ keçirərək şəriət dövləti elan edib. İndi isə onlar Kobanini nəzarətə götürmək istəyirlər.

Qeyd edək ki, Türkiyə baş naziri Əhməd Davudoğlu dünən verdiyi müsahibəsində Türkiyəyə sığınan YPG-çiləri Kobaniyə göndərmək istədiklərini, lakin YPG-çilərin bunu qəbul etmədiyini deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm