İsrail Azad Suriya Ordusuna dəstək verdiyini dedi
Bizi izləyin

Dünya

İsrail Azad Suriya Ordusuna dəstək verdiyini dedi

İsrail Müdafiə naziri ölkəsinin Azad Suriya Ordusuna (ASO) və digər müxalif qruplaşmalara dəstək verdiyini açıqlayıb.

Publika.az “Aksam.com.tr”yə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Moşe Yaalon “Haaretz”ə müsahibəsində Suriyadakı Əsəd rejiminə qarşı çıxan müxalif qruplaşmalarla əlaqədar şok açıqlamalar verib. Yaalon, İsrailin Suriya sərhədində yerləşən Qolan təpələrini Əl-Qaidə təhlükəsindən uzaq tutmaq üçün ASO-ya və digər müxalif qruplaşmalara yardım etdiyini açıqlayıb.

Yaalon rəsmi Təl-Əvivin bu yardımı etməkdə məqsədinin Suriya sərhədinin təhlükəsizliyini təmin etmək olduğunu deyib. Yaalon deyib: “Qolandakı Suriya sərhədi Azad Suriya Ordusu (ASO) kimi loyal müxaliflərin nəzarətindədir. Və bizim də bu bölgənin kəndlərində onlara humanitar yardım etməyimiz heç kimdən gizli deyil. Bu yardımlar radikal islamçıların bizim sərhədlərimizə yaxınlaşmamasının əvəzində edilir”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm