Milandan ilk açıqlama: “Putin Ukraynanın bölünməsini istəmir”
Bizi izləyin

Dünya

Milandan ilk açıqlama: “Putin Ukraynanın bölünməsini istəmir”

“Vladimir Putin bildirib ki, Rusiya Ukraynanın bölünməsi və böhranın dondurulmasını istəmir”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Böyük Britaniyanın baş naziri Devid Kameron İtaliyanın Milan şəhərində Avropa-Asiya sammiti çərçivəsində Rusiya və Ukrayna prezidentlərinin iştirakı ilə keçirilən görüşdən sonra deyib.

Böyük Britaniyanın baş naziri həmçinin qeyd edib ki, Rusiya Ukraynada böhranın nizama salınması üzrə öhdəlikləri yerinə yetirməsə, Avropa Birliyi tətbiq olunan sanksiyaları daha da gücləndirməlidir.

İtaliyanın baş naziri Matteo Rensi isə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə keçirilən görüşü Donbas hövzəsindəki höhranın həlli üçün əhəmiyyətli addım adlandırıb. O bildirib ki, dünya üçün vacib hesab olunan məsələlərin həllində Rusiyanın iştirakını dəstəkləmək lazımdır.

Görüşdə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, İtaliyanın baş naziri Matteo Rensi, Böyük Britaniyanın baş naziri Devid Kameron, Avropa Şurasının prezidenti Herman Van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm