Rusiya məhvedici silahları Azərbaycandan sonra İraqa satır
Bizi izləyin

Dünya

Rusiya məhvedici silahları Azərbaycandan sonra İraqa satır

Dünyanın ən böyük silah istehsalçılarından olan Rusiyanın İraqla hərbi əməkdaşlığı son vaxtlar genişlənməkdədir.

Publika.az-ın “Nezavisimaya Qazeta” nəşrinə istinadən verdiyi məlumata görə, Bağdad ağır reaktiv sistemlər də daxil olmaqla Moskvadan ən yeni silahlar alır.

Rusiya və İraq arasında 2012-ci ildə 4,3 milyard dollarlıq hərbi-texniki əməkdaşlıq haqqında paket razılaşması imzalayıb. Ağır odsaçan silah sistemləri, artilleriya və minaatan silahların çatdırılması üzrə son razılaşma 30 iyul 2014-cü il tarixində imzalanıb. Razılaşmanın ümumi dəyəri 1 milyard dollardır.

TOS-1A “Solntsepyok” reaktiv sistemlərindən 5 ədəd artıq İraqa çatdırılıb. Bu, həmçinin Rusiyadan alınan digər silahlar 1 oktyabrda İraq ordusu artilleriya güclərinin yaranmasının 93-cü ildönümü münasibəti ilə keçirilən paradda nümayiş etdirilib.

İraq ordusunun artilleriya güclərinin komandanı general Saad al-Aalyak “Al- Meda-Press” agentliyinə müsahibəsində Rusiya istehsalı olan silahları yüksək qiymətləndirib və “Solntsepyok” reaktiv sistemlərinin “məhvedici gücə" malik olduğunu deyib. O, əlavə edib ki, İraqın bəzi hərbi qulluqçuları Rusiyada təlim keçirlər. Artıq təlim keçən pilotların böyük qrupu “İslam Dövləti” terrorçularına qarşı müvəffəqiyyətlə vuruşur.

Bağdad Rusiyadan “Mi-35M” və “Mi-28NE” zərbə vertolyotları alır. 28 ədəd “Mi-35M”, 15 ədəd “Mi-28NE” vertolyotunun çatdırılması nəzərdə tutulur. Artıq 12 “Mi-35M” və 6 “Mi-28NE” çatdırılıb. Vertolyotlardan başqa, minaatan və artilleriya sistemləri, “Pansir-S1” zenit raket-top komplekslər və “İqla-S” daşınabilən zenit-raket komplekslərinin İraqa çatdırılması plaşlaşdırılır.

“Nezavisimaya Qazeta” nəşri xatırladır ki, İraq TOS-1A “Solntsepyok” reaktiv sistemlərini alan üçüncü ölkə olub. Bundan əvvəl isə Qazaxıstan və Azərbaycan bu silahları əldə edib. T-90 tanklarının şassisi üzərində qurulan TOS-1A“Solntsepyok” reaktiv kompleksinin atış məsafəsi 7 kilometrdən artıq, bir raketinin məhvetmə sahəsi 2.5 hektardır. Bu sistem xüsusilə dağlıq ərazilərdə düşmənin açıq və bağlı atəş nöqtələrini məhv etmək üçün nəzərdə tutulmuşdur. Sistemin atış zamanı yaratdığı güclü təzyiq və yanğın qayaları parçalayır, dağlarda daş axını yaradır. İdarə olunmayan reaktiv raketin çəkisi 175 kiloqramdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm