Poroşenko: “Təəssüf ki, mən çox optimist deyiləm”
Bizi izləyin

Dünya

Poroşenko: “Təəssüf ki, mən çox optimist deyiləm”

Rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra Ukrayna prezidenti Pyotr Poroşenko Donbas münaqişəsinin həllində optimist olmadığını deyib.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Avstriya baş naziri Verner Faymonla görüş zamanı bildirib.

“Təəssüf ki, mən çox optimist deyiləm”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Görüşdən sonra Ukrayna xarici işlər naziri Pavel Klimkin və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqlar çətin keçdiyini və anlaşılmazlıqların olduğunu deyib. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu isə Putin və Poroşenkonun Misnk protokolunun icrası haqqında razılaşdığını söyləyib.

Qeyd edək ki, bu gün İtaliyanın Milan şəhərində Avropa- Asiya sammiti çərçivəsində Rusiya və Ukrayna prezidentlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, İtaliyanın baş naziri Matteo Rensi, Böyük Britaniyanın baş naziri Devid Kameron, Avropa Şurasının prezidenti Herman Van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm