“The Guardian”: “Rusiya Ermənistanda hərbi gücünü artırır”
Bizi izləyin

Dünya

“The Guardian”: “Rusiya Ermənistanda hərbi gücünü artırır”

Rusiya keçmiş sovet respublikalarında hərbi gücünü artırmağa hazırlaşır.

Publika.az-ın Böyük Britaniyanın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, Moskva Şərqi Belarusda hərbi hava bazası tikməyi, həmçinin Ermənistan və Qırğızıstandakı hava bazalarını genişləndirməyi planlaşdırır.

Rusiya Hərbi Hava Qüvvələrinin Belarusdakı təyyarə bazası 2016-cı ildə fəaliyyətə başlayacaq. Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryevin sözlərinə görə, Bobruysk bazasında Rusiyanın “Su-27” qırıcıları yerləşdiriləcək. General-polkovnik qeyd edib ki, Rusiyanın “Su-27” qırıcıları Belarusun digər hərbi aerodromlarında da yerləşdirilib.

“The Guardian” qeyd edir ki, prezidenti Vladimir Putin Ukrayna münaqişəsindən əvvəl Rusiyanın Şərqi Avropadakı hərbi tarixi mövcudluğunu bərpa etmək üçün səylər göstərib. Britaniya nəşri Arktika, Mərkəzi Asiya və başqa ölkələrlə bağlı hərbi planların indi də Putinin masası üzərində olduğunu bildirib.

“Hazırda Rusiya strateji bombardmançılar üçün bazaların tikilməsi barədə Vyetnam, Kuba, Venesuela və Nikaraqua ilə danışıqlar aparılır. 2020-ci ilə qədər silahlanma proqramı çərçivəsində Krım və Arktika da daxil olmaqla 47 aerodromda müasirləşmə işlərini həyata keçirməyi planlaşdırılır. 2025-ci ilə qədər isə Rusiyanın Hərbi Hava Qüvvələri 100-dən çox yeni hərbi hava bazası açacaq”, - deyə Britaniya nəşri Viktor Bondaryevin sözlərini sitat gətirir.

Rusiya həmçinin Belarusun Polşa və Litva ilə sərhədləri yaxınlığında hərbi hava bazası tikməyi planlaşdırır. Rusiya Müdafiə Nazirliyinin rəsmiləri bildirir ki, ölkənin Qərb sərhədləri ilə bağlı hərbi planları NATO-nun Baltikyanı ölkələr və Polşada NATO qırıcılarının sayının artırılmasına cavabdır.

Viktor Bondaryev həmçinin deyib ki, Moskva “Kant" təyyarə bazasının yenidən qurulması ilə bağlı Bişkeklə danışıqlar aparır. Burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının himayəsi altında Rusiyanın reaktiv qırıcıları yerləşdirilib. Bazadan Rusiyanın strateji bombardmançıları üçün də istifadə oluna bilər.

Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanının sözlərinə görə, analoji plan Ermənistanda hələ SSRİ dövründə tikilmiş “Erebuni” təyyarə bazasında həyata keçiriləcək. Bu bazada Rusiyanın “MİQ-29” qırıcıları yerləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm