Lukaşenko: “Rusiyanın Krımı işğalı qəbuledilməzdir”
Bizi izləyin

Dünya

Lukaşenko: “Rusiyanın Krımı işğalı qəbuledilməzdir”

“Krımın Rusiyaya qatılması doğru deyil, amma buna Ukrayna dövlətinin özü imkan yaradıb”.

Axar.az Obozrevatel.com-a istinadən xəbər verir ki, bu açıqlama ilə Belarusiya Prezidenti Aleksandr Lukaşenko çıxış edib. O, Rusiyanın Ukraynaya daxil olmasının doğru olmadığını bildirib:

“1994-cü ildə biz nüvə silahının ləğvi haqqında razılaşma imzaladıq. ABŞ o zaman bizə Ukrayna da daxil olmaqla ərazi bütövlüyümüz haqqında zəmanət verdi. Ona görə də bu zəmanətin pozulması yolverilməzdir. Hansısa dövlətin digərinin ərazisini işğalı doğru deyil. Niyə siz öz inqilablarınızı rus insanlarının üstünə yollayıb onların həyatına təhlükə yaratdınız? Siz Krıma NATO qüvvələrinimi yerləşdirmək istəyirdiniz? Səbəbləri özünüzdə axtarın, Rusiyada yox. Siz Rusiyaya imkan verdiniz ki, Krımı özünə birləşdirsin. Bu işdə günahkar sizsiniz, Rusiya yox”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm