Türkiyə kəşfiyyatının İŞİD-lə əlaqədar şok araşdırması
Bizi izləyin

Dünya

Türkiyə kəşfiyyatının İŞİD-lə əlaqədar şok araşdırması

Türkiyə PKK kimi İŞİD-i də izləyib. Terror təşkilatının Türkiyədə pulu olmadığını müəyyən edilib. Həmçinin İŞİD silah ticarətində nəğd puldan da istifadə etmir.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Türkiyənin İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatından neft aldığı və sərhəd ticarəti etdiyi iddiaları yalan çıxıb. Maliyyə, kəşfiyyat və təhlükəsizlik əməkdaşlarının həyata keçirdiyi araşdırma nəticəsində İŞİD ilə Türkiyənin hər hansı bir alış-veriş izinə rast gəlinməyib.

Baş nazirlik, Milli Kəşfiyyat Təşkilatı (MİT – Milli İstihbarat Təşkilatı), Korrupsiya cinayətlərinin araşdırılma qurumu (MASAK) kimi dövlət orqanlarının məsələ ilə əlaqədar araşdırması davam edir. Ətraflı bir korrupsiya araşdırmasının da olacağı bildirilir.

Barter

Türkiyə xüsusi xidmət orqanın araşdırmasına görə, PKK terror təşkilatının maliyyə qaynaqları ilə necə işləyirsə, İŞİD də o cür işləyir. İqtisadiyyat ekspertlərinin verdiyi məlumata əsasən, ilk təsbitlərdə ünvan silah və neft tacirləridir. İŞİD-in maliyyə işlərinin lokal olaraq inkişaf etdiyini bildirilir. Terror təşkilatının istifadə etdiyi silahların haqqını nağd pul deyil, barter üsulu ilə ödəyir. Bu ticarətdə bölgədə vasitəçi rolunu isə dünyanın qabaqcıl silah tacirləri həyata keçirir.

İŞİD-dən silah əvəzində alınan neftin xüsusi ilə İraqda böyük anbarlarda saxlandığı müəyyən olunub. Neft qarşılığında silah satan tacirlər isə dünyanın nəhəng silah şirkətlərinin maraqlarının təminatçısı rolunda çıxış edirlər. İŞİD məsələsində Türkiyənin hədəf göstərilməsi məhz həmin şirkətlərin biznesini pərdələmək hədəfi daşıyır. Türkiyə ilə yanaşı, Avropa Birliyi (AB) ölkələrində də İŞİD-in fəaliyyəti zəifdir.

Ən varlı terror təşkilatı

İŞİD dünyanın maliyyə baxımından ən varlı terror təşkilatlarından birincisidir. İŞİD yaraqlılarının Mosuldakı İraq Mərkəzi Bankındakı 429 milyon dollar ehtiyatını ələ keçirib. Bundan başqa, İraq və Suriyadan çıxardığı nefti satmağa davam edir. Gündəlik neft hasilatından əldə edilən gəlirin 2-3 milyon dollar olduğu bildirilir.

Pul ehtiyatları

İŞİD-in neft ehtiyatlarından başqa, strateji qida olan buğdaya da sahib olduğu bildirilib. Terror təşkilatının əldə etdiyi məhsulu Mosul dəyirmanlarında üyütdüyü və satdığı bildirilib. Mütəxəssislər İŞİD-in nəzarətə götürdüyü bölgələrdə vergi yığdığını da deyir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm