Kobanidən qaçan ailə: “Qadında manikür varsa...” - Foto
Bizi izləyin

Dünya

Kobanidən qaçan ailə: “Qadında manikür varsa...” - Foto

Kobanidən başını götürüb qaçan Atəş ailəsi Türkiyəyə sığınıb. Bu ailə vaxtilə Qaziantep şəhərindən Suriyaya köç edib. “İslam Dövləti” terrorçularından canını qurtarmaq üçün ailə yenidən Türkiyəyə qayıdıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, 20 nəfərlik ailə Kilis bölgəsində məskunlaşıb və qonşuların dəstəyi hesabına bir qarın çörək tapırlar.

Mehmet Ali Ataş deyib k, İŞİD-dən qaçaraq 15 gün tarlalarda gecələyiblər:

“Suriyada hadisələr başlayanda bizim olduğumuz yer sakitlik idi. İŞİD Kobaniyə gələr-gəlməz evimizi, malımızı buraxıb qaçdıq. Güc-bəla dözərək 15 gün tarlalarda gecələyib, Türkiyəyə çatdıq. Amma kirayə çox bahalıdır. Nə edəcəyimizi bilmirik”.

Fattum Ataşın sözlərinə görə, İŞİD qadınlara işgəncə verir:

“Hansı qadının dırnağında manikür varsa, heç ürəyi yanmadan onun dırnaqlarını qoparırlar. Onlara təcavüz edirlər, hansı qadın onların xoşuna gəlirsə, götürüb aparırlar. Qonşu kəndlərdə yaxınlarımız bizə zəng edib dedi ki, İŞİD gəlir, qaçın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm