Səddamın 33 il əvvəlki İsrail planı ortaya çıxdı – Şok iddia
Bizi izləyin

Dünya

Səddamın 33 il əvvəlki İsrail planı ortaya çıxdı – Şok iddia

İsrailin 7 iyun 1981-ci ildə İraqı bombalamasından sonra İraqın keçmiş lideri Səddam Hüseynin hazırladığı plan ortaya çıxıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Səddam Hüseyn hücumdan sonra intiqam andı içib və plan hazırlayıb.

Bu plan isə İsrailin baş naziri Menaçem Begini qaçırmaqdan ibarət olub. Qərb liderlərdən birinin müdaxiləsindən sonra Səddam Hüseyn bu plandan imtina edib.

Səddamın keçmiş hüquq məsləhətçisi olan Arif Bədi həmin dövr yaşananları “Al Quds Al Arabi” qəzetinə danışıb. Bədi plandan Səddamın kəşfiyyat müşavirləri vasitəsilə xəbər tutduğunu bildirib.

Plana görə fələstinlilər İsrail baş nazirini qaçıracaq Bağdada gətirməli idilər.

Xatırladaq ki, sözügedən tarixdə İsrail hərbi təyyarələri İraqa məxsus Osirak nüvə reaktorunu bombalayıb. Stansiyaya buraxılan 10 ton bomba nüvə reaktorunu məhv edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm