• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İŞİD havaya qalxdı - TƏHLÜKƏ

  • Dünya
  • 18 Oktyabr 2014 01:57
  • 791 Baxış
İŞİD havaya qalxdı - TƏHLÜKƏ

“İslam Dövləti" (İŞİD) terror qruplaşması Suriya ordusundan ələ keçirdiyi qırıcılarda sınaq uçuşlarına başlayıb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunların “MİQ-21” və ya “MİQ-23” qırıcılarının olduğu təxmin edilir.

Ekstremistlərin əlində üç hərbi təyyarə olduğu bildirilir. Onlara qırıcıları idarə etməyi isə İŞİD-ə qoşulan İraq pilotları öyrədib. Agentliyin məlumatına görə, İŞİD sınaq uçuşlarını Hələb şəhərinin şimalında ələ keçirdikləri hərbi aeroportdan həyata keçiriblər.

İŞİD-in tərəfinə keçən iraqlı pilotların isə keçmiş prezident Səddam Hüseyn ordusunda xidmət etdikləri bildirilir.

Xatırladaq ki, terror qruplaşması iyunun əvvəlində Suriya və İraqın geniş ərazilərini tutub. Qruplaşma nəzarət etdikləri ərazilərdə “İslam Xilafəti” yaradıldığı elan olunub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR