• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Putin həbsdə olan köhnə dostuna baş çəkib

  • Dünya
  • 18 Oktyabr 2014 04:27
  • 555 Baxış
Putin həbsdə olan köhnə dostuna baş çəkib

Milanda Asiya-Avropa sammitinin işinə qatılan Rusiya prezidenti Vladimir Putin gecə saatlarında vergi cinayətlərinə görə məhkum edilmiş İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə baş çəkib.

Publika.az xəbər verir ki, köhnə dostların görüşü iki saat davam edib. Putinin Berlusconinin evini yerli vaxtla səhər saat 03:45-də tərk etdiyi bildirilir.

"Rusiya prezidenti cənab Berlsuconi ilə ədliyyə hakimiyyətinin xüsusi icazəsilə görüşüb", italiyalı jurnalist Gerardo Pelosi öz Twitter hesabında yazıb.

Qeyd edək ki, ötən il vergilərdən yayınmaq ittihamı ilə bir il ərzində ictimai işlərə məhkum edilən 78 yaşlı Berluskoni cəzasını Milan yaxınlığındakı qocalar evində çəkir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR