Eks-prezident: "Biz hamımız diqqətli olmalıyıq"
Bizi izləyin

Dünya

Eks-prezident: "Biz hamımız diqqətli olmalıyıq"

"Dünya böhranlarına baxmayaraq, son 12 il ərzində ölkəmiz təxminən 5,5 faiz inkişaf edib. İndi daha üç-dörd faiz inkişafla, Türkiyə qarşısına qoyduğu məqsədlərə nail olmaq çox çətin olacaq. Bunun üçün hamımız daha diqqətli olmalıyıq", - Türkiyənin eks-prezidenti Abdulla Gül bildirib. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Abdulla Gül universitetdə dərs ilinin açılışında çıxış edən siyasətçi bildirib ki, təhsil - Türkiyənin əsas problemidir.

Sabiq prezident qeyd edib ki, təhsil - vacib sahələrdən biridir və bununla o, daha çox maraqlanıb, eləcə də əvvəlki vəzifədə olarkən Türkiyənin, demək olar ki, bütün universitetlərini ziyarət edib.

"Təhsil hər səviyyədə vacibdir, lakin burada universitetlərin xüsusi rolu var," - Gül deyib.

Abdulla Gül bildirib ki, respublikanın 100 illiyi ilə əlaqədar qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün iqtisadi artım olmalıdır, həmçinin qeyd edib ki, dünya az qala yeni soyuq müharibə astanasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm