Separatçılar dünyanın yeganə parovozunu Moskvaya hədiyyə edirlər
Bizi izləyin

Dünya

Separatçılar dünyanın yeganə parovozunu Moskvaya hədiyyə edirlər

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” separatçı qurumu Rusiya Federasiyasına unikal tarixi əşyanı göndərməyi planlaşdırır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Ukrayna Milli Təhlükəsizlik Xidməti bunun “Ququ quşu” adlanan parovoz olduğunu bildirib.

Qeyd olunur ki, “Quru quşu” paravozu Donetsk muzeyində saxlanılır və dünyada yeganə nüsxədir. Donetsk dəmir yolu inkişafının tarixi muzeyindəki parovozun “Uspenk” sərhəd buraxılış məntəqəsi vasitəsilə Rusiyaya göndərilməsi planlaşdırılır.

“Ukrayna Mill Təhlükəsizlik Xidməti dünya cəmiyyətini, xüsusi olaraq ATƏT-in nümayəndələrini “Uspensk” sərhəd buraxılış məntəqəsində olan unikal tarixi dəyərin qanunsuz mənimsənilməsinə mane olmağa çağırır. Bu tarixi dəyər Ukraynaya aiddir", - deyə qurumun bəyanatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm