
“Çeçen Mücahid Seyfullah Şişanini Seyfullah Şuşani kimi qələbə verib”.
Ötən gün mətbuatda Suriyada Əsəd rejiminə qarşı döyüşən və
azərbaycanlıların da daxil olduğu “Ceyş al Muhacirin əl ansar” ın
(“Mühacirlər ordusu”) komandiri Seyfullah Şuşanınin öldürüldüyü
xəbəri yayılıb. Bildirilib ki, Seyfullah Şuşanı azərbaycanlıdır və
Suriyada döyüşən azərbaycanlılara komandirlik edir.
AzVision.az-ın məlumatına görə, mücahidlərə məxsus saytlar həmin
xəbəri təkzib ediblər və bildiriblər ki, bu xəbər tamamilə
yanlışdır:
“Ölkənin önəmli xəbər saytlarından olan anspress çeçen mücahidi azərbaycanlı kimi qələbə verib. Belə ki, dünən Hələb mərkəzi həbsxanası uğurunda gedən döyüşlərdə şəhid olan Çeçen Mücahid Seyfullah Şişanini Seyfullah Şuşani kimi qələbə verib. Bilindiyi kimi Şişan ərəbcədən Çeçenistan deməkdir, Seyfullahın adının sonunda Şişani sözü onun çeçen olmasına işarədir”.