• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rusiya-ABŞ müharibəsi olacaq, ya yox? – Şərhlər

  • Dünya
  • 18 Oktyabr 2014 12:18
  • 1 845 Baxış
Rusiya-ABŞ müharibəsi olacaq, ya yox? – Şərhlər

Bu günlərdə dünya ABŞ və Rusiya müdafiə nazirlərinin söz savaşının şahidi oldu.

İlk olaraq ABŞ Müdafiə Nazirliyinin başçısı Çak Hegel Amerika ordusunun terrorçularla yanaşı, Rusiyanın müasir və döyüş bacarığı olan ordusuna qarşı da durmalı olduğunu bildirib. “ABŞ ordusunun qarşısına qoyulan tələblər daha da artacaq, daha müxtəlif və mürəkkəb olacaq. Terrorçularla bağlı təhlükələr uzun müddət davam edəcək. Amma biz həmçinin Rusiya ilə, NATO-dan kənarda olan müasir və döyüş bacarığı olan bir ordu ilə mübarizə aparmalıyıq”, - deyə Ç.Hegel ifadə edib.

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu isə jurnalistlərə açıqlamasında bildirdi ki, Rusiya Federasiyası sərhədlərinə yaxın ərazilərdə hərbi əməliyyatların ssenarilərinin hazırlanmasını müşahidə edir.

İki ölkə arasında münasibətləri müharibəöncəsi vəziyyət kimi dəyərləndirənlər də kifayət qədərdir. Amma rusiyalı ekspertlər fərqli düşünür.

Publika.az-ın verdiyi xəbərə görə, vestikavkaza.ru saytı mümkün hərbi qarşıdurma ehtimalı ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

“Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, amerikalılar Litva, Latviya və Estoniya ərazisində xüsusi əməliyyat güclərini çoxdan və fəal şəkildə gücləndirirlər.

“Həmçinin Estoniyada NATO-nun hərbi hava bazasının açılacağını gözləyirik. Burada Amerika taktik zərbə aviasiyası yerləşdiriləcək. Rusiya sərhədinin bütün perimetri üzrə Amerikanın hərbi obyektləri var, Amerika maraqları var. Əlbəttə, ABŞ-a Rusiyaya ehtimal olunan rəqib kimi baxırlar”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, ABŞ müdafiə nazirinin Rusiya ordusu ilə hərbi toqquşmaya hazırlıq barədə sözləri təbliğatdır: “Bütovlükdə, bu gün Vaşinqtonda bütün səviyyələrdə - Obama və Amerika Dövlət Administrasiyasının digər yüksək vəzifəli nümayəndələrinin dilindən antirus bəyanatlar səslənir”.

Rusiya Federasiya Şurasının üzvü Valeri Şnyakin deyib ki, Rusiya sərhədlərində yaxın vaxtlarda döyüş əməliyyatları istisna edilir. O əlavə edib ki, söhbət yalnız hər hansı təlimlərdən gedə bilər. “Bu gün Rusiyanın hərbi rəhbərliyi həqiqətən çox narahatdır ki, NATO artıq onun sərhədlərinə çox yaxınlaşıb. ABŞ Müdafiə Nazirliyinin rəhbərinin söylədikləri az qala o anlama gəlir ki, Rusiya Federasiyası Ukraynanı işğal edib, Ukrayna NATO ölkəsidir və onu yalnız hərbi yolla müdafiə etmək lazımdır. Bu şifahi atışmalar nəyi göstərir? Artıq qəbul etmək lazımdır ki, biz “soyuq müharibə”nin passiv mərhələsinə daxil olmuşuq. Hələ ki, ideoloji cəbhədə vuruşuruq”, - deyə rusiyalı senator bildirib.

“Hərbi sənaye kuryeri" qəzeti və “Hava-kosmik müdafiəsi" jurnalının baş redaktoru Mixail Xodarenkanın sözlərinə görə, Amerika tərəfinin bəyanatları yalnız siyasi xaratkter daşıyır: “Rusiya Federasiyasının sərhədlərinə yaxın ərazilərdə çətin ki, hərbi əməliyyatlar baş verəcək. Bundan başqa, ABŞ müdafiə idarəsinin başçısı söylədi ki, Rusiya ordusu müasirdir. Amma bu fikir bir qədər şişirdilib. Rusiya silahlı qüvvələrinin hərbi texnikası yalnız o halda müasir meyarlara cavab verərdi ki, onun silah və hərbi texnika arsenalı 70-80 faiz yenilənsin”.

Qeyd edək ki, S.Şoyqunun bəyanatından sonra Ç.Hegelin söylədiklərini ABŞ-ın kontr-admiralı Con Kirbi düzəltməyə çalışdı. Onun sözlərinə görə, Ç.Hegel Rusiya barəsində düşmən hərəkətləri nəzərdə tutmayıb. O, vurğulayıb ki, NATO qoşunlarının genişlənilməsi dünyada qeyri-stabil vəziyyəti adekvat cavabdır. C.Kirbi həmçinin əlavə edib ki, NATO müdafiə ittifaqıdır, antirus ittifaqı deyil.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR