Rusiyalı politoloq: “Moskva Bakının Cənubi Qafqazda liderliyini tanıyır”
Bizi izləyin

Dünya

Rusiyalı politoloq: “Moskva Bakının Cənubi Qafqazda liderliyini tanıyır”

“Moskva və Bakı son zamanlar intensiv olaraq yaxınlaşır. Bu hər iki tərəfin maraqlarına uyğundur. Rusiya üçün Azərbaycan strateji partnyor olaraq qalır. Moskva Bakının Cənubi Qafqazda liderliyini tanıyır. Hər iki ölkənin liderləri arasında da gözəl münasibətlər var”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.


Onun sözlərinə görə, Bakı və Moskvanın oxşar maraqları islam radikalizminə qarşı mübarizə, Xəzərdə sabitliyi saxlamaq, karbohidrogen ehtiyatlarının dünya bazarında qiymətləndirilməsi və “rəngli inqilab” idxalına qarşı əks tədbirlərin görülməsidir.


“Rusiya Azərbaycanın Avrasiya ittifaqına girməsində maraqlıdır, lakin əsas məsələ bu deyil və buna görə Moskva Bakıya təzyiq etməyəcək. Çünki əməkdaşlığın forması əhəmiyyətli deyil. Əsas olan bunun məhsuldarlığıdır. Bundan başqa, Azərbaycan məhsulları üçün böyük Rusiya bazarları bu gün açıqdır. Eləcə də Azərbaycanda Rusiya biznesi fəal şəkildə işləyir”- deyə o bildirib .


V. Arkov oktyabrın sonu Parisdə keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə də toxunub. Onun fikrincə, prezidentlər şəxsi dialoq aparacaq və vəziyyətin psiləşməsinə təhrik edən addımlardan çəkinməyi müzakirə edəcəklər: “Parisdə Qarabağ münaqişəsinin həll ediləcəyinə inanmıram, çünki tərəflərdən heç biri ciddi güzəştlərə hazır deyil. lakin Ermənistan işğalında olan və özünü elan etmiş qondarma “DQR”lə sərhəddə silahların işə düşməsinə qarşı razılaşmalar çox əhəmiyyətlidir. Hesab edirəm ki, prezidentlərin görüşü gündəliyin dəyişməsinə imkan verəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm