İraq parlamentindən konstruktiv qərar
Bizi izləyin

Dünya

İraq parlamentindən konstruktiv qərar

İraq parlamenti müdafiə və daxili işlər naziri vəzifələrinə təyinatla bağlı qərar qəbul edib.

Publika.az xarici KİV-ə istinadən xəbə verir ki, parlament sünni deputat Xalid Əl-Obeydini müdafiə naziri, şiə deputat Məhəmməd Əl-Qəbbanı isə daxili işlər naziri vəzifəsinə təyin edib.

ABŞ dövlət katibi təyinatları irəliyə doğru pozitiv addım kimi qiymətləndirib. Con Kerri deyib ki, bu vəzifələr İŞİD-lə birgə mübarizəyə yardım etmək üçün ən mühüm vəzifələrdir.

Qanunvericilər nazirlər kabinetinin əksər hissəsini ötən ay təsdiq edib.

Qeyd edək ki, bu iki nazirliyin nəzarəti uğrunda siyasi partiyalar arasında uzun zaman idi çəkişmələr davam edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm