5 yaşlı uşaq bacısını öldürdü
Bizi izləyin

Dünya

5 yaşlı uşaq bacısını öldürdü

5 yaşlı uşaq bacısını öldürdü

Türkiyənin Tekirdağ şəhərində 5 yaşlı bir uşaq qətl törədib.

Belə ki, dünən axşam saatlarında evdə atasının ov tüfəngiylə oynayarkən silahdan atəş açılıb və güllə 9 yaşlı bacısına dəyib.

Xəstəxanaya aparılan qızcığazı bütün müdaxilələrə baxmayaraq qurtarmaq mümkün olmayıb.

Xəstəxanada ölüb

Təcili yardımda edilən bütün müdaxilələrə baxmayaraq kiçik qız vəfat edib. Ailə acı xəbəri eşidəndə şoka düşüb.

Respublika prokuroru və jandarma qruplarının evdəki araşdırmalarından sonra uşaqların atası ifadə üçün jandarma bölməsinə aparılıb və tüfənginə əl qoyulub.

Tüfənglə oynayarkən bacısını öldürən balaca uşaq isə otaqda bağlı saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm