2 milyon fəhlə tətil etdi
Bizi izləyin

Dünya

2 milyon fəhlə tətil etdi

İndoneziyada fəhlələr maaşlarının artırılması və müqavilə ilə işləyənlərin işə götürülməsi tələbilə tətəil elan ediblər.

Publika.az xəbər verir ki, Fəhlə Həmkarlar İttifaqının çağırışı ilə ölkənin ayrı-ayrı bölgələrindən paytaxta gələn 2 milyon fəhlə höumət binasının qarşısına toplaşıb.

Qırmızı geyimdə olan fəhlələrin aksiyası Cakartada nəqliyyatın hərəkətini iflic edib.

Aksiyanın təşkilatçısı Muhammed Rüşdi tələbləri yerinə yetirilənə qədər aksiyanı davam etdirəcəklərini bildirib. Onun sözlərinə görə, hökumət fəhlələrə 2 il müqavilə əsasında işlədikdən sonra işə götürüləcəklərinə dair söz versə də, əməl etməyib.

"Bu günə kimi heç bir addım atılmadı. Haqqımızı sonuna qədər tələb edəcəyik", Rüşdi əlavə edib.

Cakartada 17 min 300 polis təhlükəsizlik tədbirlərinə cəlb olunub.

Qeyd edək ki, ötən il də fəhlələr eyni tələblə tətil elan etmişdilər. O zaman hökumət onların maaşlarının 44 fazi artırılması haqqında qərar qəbul etməyə məcbur oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm