Ukraynada Rusiya dərmanları qadağan olundu
Bizi izləyin

Dünya

Ukraynada Rusiya dərmanları qadağan olundu

Pasiyentlərin Təhlükəsizliyi və Hüquqlarının Müdafiəsi üzrə Ümumukrayna Məsləhət Şurasının prezidenti Viktor Serdyuk Ukraynanın ərazisində “Arbidol” tibbi preparatının istifadəsini dayandırmağa çağırıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, o, təklifini dərmanın Rusiya Federasiyasında istehsal edilməsi ilə izah edib.

V.Serdyukun sözlərinə görə, “Arbidol” kimi dərmanlar heç bir mədəni ölkədə istifadə olunmur. “Bu cür tibbi preparatlar yalnız Ukrayna və Rusiya kimi ölkələrdə qalıb. Biz sizinlə Avropaya gedirik, o halda bu dərmanlar Rusiyada qalmalıdır", - deyə Serdyuk bildirib.

Məsləhət Şurasının prezidentinin məlumatına görə, effektliyi təsdiq edilməmiş dərmanlara Ukrayna Səhiyyə Nazirliyi hər il büdcəsinin 30 faizini, yəni 10 milyard dolları xərcləyir.

V.Serdyuk daha əvvəllər də bildirib ki, Ukrayna şəxsi istehsal və digər ölkələrdən idxal hesabına Rusiyanın tibbi preparatlarından tamamilə imtina edə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm