Ənbarda İŞİD-in 45 üzvü öldürüldü
Bizi izləyin

Dünya

Ənbarda İŞİD-in 45 üzvü öldürüldü

İraqın Ənbar vilayətində terror təşkilatı İŞİD-in 45 üzvü ölü olaraq ələ keçirilib.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ənbar əməliyyatlarına rəhbərlik edən general-leytenant Rəşid Felih 30 İŞİD üzvünün ələ keçirildiyini bildirib.

İraq ordusuna bağlı “Əl-Cezira və Əl-badi” qrupunun komandiri Ziya Kazım isə Ramadinin qərbindəki Hadise mahalında koalisiya qüvvələrinin hava hücumlarından sonra 15 İŞİD üzvünün ölü olaraq ələ keçirildiyi deyib. O, terror qruplaşmasına məxsus ağır silah daşıyan 4 yük avtomobilin də məhv edildiyini əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm