Futbol qalmaqalı baş nazirin səfərini təxirə saldı
Bizi izləyin

Dünya

Futbol qalmaqalı baş nazirin səfərini təxirə saldı

Serbiyanın hökumətinin başçısı futbol matçında baş verən qalmaqala görə Albaniyanın baş nazirinin ölkəsinə səfərini ləğv edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Albaniyanın baş naziri Edi Ramının 22 oktyabrda Serbiyaya səfəri planlaşdırılmışdı.

Xatırladaq ki, qalmaqal 15 oktyabr tarixində keçirilən Serbiya -Albaniya matçında baş verib. Görüşün 42-ci dəqiqəsində Albaniya bayrağı daşıyan stadiona pilotsuz uçuş aparatı enib. Hadisənin araşdırılmasından sonra Albaniyanın baş nazirinin qardaşı həbs edilib. Pilotsuz uçuş aparatının onun tərəfindən idarə olunduğu təxmin edilir.

Bundan dərhal sonra Kosovo və Serbiyanın bəzi şəhərlərində etnik serb-alban toqquşmaları baş verdi. Serbiyanın Xarici İşlər Nazirliyi hadisəni "qəsdən və qabaqcadan planlaşdırılmış siyasi provokasiya” adlandırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm