• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Ermənilərə Rusiyaya getmək qadağan olunub

  • Dünya
  • 20 Oktyabr 2014 06:41
  • 606 Baxış
Ermənilərə Rusiyaya getmək qadağan olunub

Hər il yüz minlərlə erməni iş axtarmaq bəhanəsi ilə xarici ölkələrə, o cümlədən Rusiyaya üz tutur. Onların əksəriyyəti çox keçmədən getdikləri ölkənin qanunlarını və miqrasiya qaydalarını pozur, cinayətkar qruplar yaradaraq qərət və oğurluqla məşğul olur, müxtəlif ağır cinayətlər törədir, yerli əhalini qorxu altında saxlayır. Buna görə də Rusiya dövləti onlara qarşı sərt tədbirlərə əl atmağa məcbur olur.

Publika.az AzərTaca istinadən xəbər verir ki, ermənilərin daha çox üz tutduğu Rusiya tərəfi 2014-cü ilin oktyabr ayına qədər olan dövrdə 30 mindən artıq erməninin ölkəyə gəlişinə qadağa qoyub.

Ermənistanın miqrasiya xidmətinin rəhbəri Qagik Yeqanyan Parisdə nəşr olunan “Ermənistan xəbərləri” jurnalına müsahibəsində etiraf edib ki, Rusiyaya gedən ermənilərin əksəriyyəti ölkənin miqrasiya qaydalarını pozur və qruplar yaradaraq cinayətkarlıqla məşğul olurlar. Buna görə də hər il on minlərlə erməninin adı qara siyahıya daxil edilir və onların Rusiyaya gəlişinə qadağa qoyulur. Q. Yeqanyan hətta Ermənistanın Avroasiya iqtisadi ittifaqına daxil olmasına baxmayaraq Rusiya tərəfdən ermənilərə qarşı hər hansı güzəşt edilmədiyini bəyan edib.

Ermənistan miqrasiya xidmətinin məlumatına görə, 2013-cü ildə 500 mindən artıq erməninin Rusiyada yaşadığı qeydə alınıb və son 20 ildə yüz minlərlə erməni Rusiya vətəndaşlığını qəbul edib. Əlbəttə, bu rəqəm leqal yaşayan erməniləri əhatə edib. Amma qeyri-leqal yaşayan ermənilərin sayı bundan qat-qat artıqdır.

Son iki ayda 2 min erməni Rusiyaya getmək barədə bu ölkənin Yerevandakı səfirliyinə müraciət etsə də, onlardan yalnız 200 nəfəri qara sıyahıdan çıxarılıb.

Rəqəmlərdən də göründüyü kimi, hətta Rusiya bir ittifaqda olduqları erməni qardaşlarına bir o qədər də etibar etmir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR