Qaçırılan qızların taleyi - FOTO
Bizi izləyin

Dünya

Qaçırılan qızların taleyi - FOTO

Qırğızıstanda nikahların demək olar ki, üçdə biri qaçırılmalar üzərində qıyılır.

Qırğızıstanda nikahların demək olar ki, üçdə biri qaçırılmalar üzərində qıyılır.

İldə təxminən 15 min qadın öz gələcək ərlərinin qaçırmasına qurban gedir. Hərçənd ki, bu ənənə 1994-cü ildən qanunsuz hesab edilir, amma “qanunlar da pozulmaq üçün yazılır” prinsipi də var.

1. Kəndin ağsaqqalları toy zamanı masa ətrafında əyləşib

Orta əsrləri xatırladan bu cür şəkillər Qırğızıstan üçün adidir. Bu ölkədə qız qaçırılma ənənəsi amansız və cinayətkar əyləncəyə çevrilib.

Məsələn, avtobusda gedərkən oğlan sevimli bir qız görür, öz dostlarına zəng edərək qız haqqında danışır və qız avtobusdan düşəndə insanların içində onu qaçırır. Ətrafdakılar isə buna heç bir reaksiya vermir.

Burada məşhur sovet komediyası “Qafqaz əsiri” yada düşür. Orada da qızı qaçırmışdılar.

2. Ağ örpəkdəki 18 yaşlı Aytilek

Bu onu göstərir ki, Aytilek öz istəyi ilə qaçıb. Əri onu Bişkekdə tanışlıqdan sonra qaçırıb. Qız qaçırmaq qanuna zidd olsa da, artıq Qırğızıstan kəndlərində adi bir şeydir.

Kinolardan fərqli olaraq realda bu cür hadisələr xoşbəxt sonluqla bitmir. Adətin qurbanları evdə, adətən, kəniz və pulsuz işçi qüvvəsi rolunu oynayır. Ölkədə hökm sürən yoxsulluq sadəcə vəhşi mərasimin yayılmasına imkan yaradır.

3. 22 yaşlı örpəkli Dinara

Yenə də qarşılıqlı razılaşma ilə qıyılmış nikahın simvolu. Əhməd evlənmək istədiyi Dinaranı qaçırıb. Dinara əvvəlcə razı olmasa da, sonradan razılıq verib və “Mən Əhmədi yaxşı tanımırdım və burada qalmaq istəmirdim” deyib.

4. Qardaşına sığınan 20 yaşlı Fəridə

Qardaşı onu qaçırıldığı evdən xilas etmək üçün gəlib.

“Əgər mənim bacım burada qalmaq istəyirsə, mane olmayacam. Amma baxın, o ağlayır və getmək istədiyini deyir. Buna görə də mən evə onu aparıram”.

Sonda o, bacısını apara bilib.

Hər il təxminən 16000 qadın qaçırıldığı üçün məcburi şəkildə evlənir.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm