Obamaya qulaq asmadan zalı tərk etdilər
Bizi izləyin

Dünya

Obamaya qulaq asmadan zalı tərk etdilər

ABŞ-da gələn ay keçiriləcək aralıq seçkilərinə təbliğat kampaniyası başlayıb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, demokrat namizədlərin təbliğatı kampaniyasında ABŞ prezidenti Barak Obama da iştirak edir.

Lakin o, Merilend ştatının qubernatoru vəzifəsinə namizəd Entoni Brauna dəstək olaraq keçirilən tədbirdə xoşagəlməz vəziyyətlə qarşılaşıb. Prezidentin çıxışı zamanı insanlar ona qulaq asmadan zalı tərk ediblər.

ABŞ prezidentinin həmçinin İllinoys ştatının qubernatorluğuna namizəd Peta Kuinnaya dəstək mitinqində çıxışı gözlənilir. Demokrat namizəd bu posta yenidən seçilmək istəyir.

Qeyd edək ki, gələn ay aralıq seçkilər keçiriləcək. Seçki yolu ilə Nümayəndələr Palatasının tərkibi tamamilə yenilənəcək, senatorların və ştat qubernatorlarının təxminən üçdən biri seçiləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm