Separatçılar yaralıların döyüş meydanından təxliyyəsinə icazə vermir – VİDEO
Bizi izləyin

Dünya

Separatçılar yaralıların döyüş meydanından təxliyyəsinə icazə vermir – VİDEO

Luqansk vilayətinin Baxmutovki yaşayış məntəqəsi yaxınlığında şiddətli döyüşlər gedir.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Ukraynskaya pravda” nəşri “A” sektorunun rəhbərliyinə istinadən bildirib.

Məlumata görə, separatçılar atəşi dayandırmaqdan imtina ediblər. Separatçıların həmçinin Ukrayna ordusunun yaralı hərbçilərinin təxliyyə edilməsinə icazə vermədiyi deyilir.

Ötən gecə isə separatçıların “Novorossiya” agentliyi Ukraynanın təxminən 200 əsgərinin Baxmutka yaxınlığında mühasirəyə alındığını xəbər verib. Xəbərdə mühasirəyə alınanların yarısının öldürüldüyü və yaralandığı qeyd olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm