Kadırov atının qisasını alacağından yazdı
Bizi izləyin

Dünya

Kadırov atının qisasını alacağından yazdı

“Belə bəlli olur ki, dünyada baş verən hər şeyə görə Zazu günahkardır”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Çeçenistan Prezidenti Ramzan Kadırov öz İnstaqram səhifəsində çıxış edib.

O, atına Almaniyada tətbiq edilən sanksiyalardan sonra bu sözləri yazıb:

“Yəqin o, İraq, Suriya, Liviya, Əfqanıstan və Belqraddakı bombardmanın başlanması haqqında qərar qəbul edib. Zazu ancaq sakit yaşayıb, qaçıb və insanlara şadlıq vermək istəyir. Biz əminik ki, onlar buna görə Zazudan üzr istəyəcəklər. Bundan əlavə isə onlar mənəvi zərər və diskriminasiyaya görə milyonlarla kompensasiya ödəyəcəklər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm