Amerikalı diplomat: “Putin qarşıdakı iki ildə postsovet məkanı almaq cəhdlərini gücləndirəcək”
Bizi izləyin

Dünya

Amerikalı diplomat: “Putin qarşıdakı iki ildə postsovet məkanı almaq cəhdlərini gücləndirəcək”

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamanı “zəif lider” kimi qiymətləndirir və artıq öz maraqları üçün ondan dəfələrlə istifadə edib.

Publika.az-ın ABŞ-ın “The Hill" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın BMT-dəki keçmiş səfəri Con Bolton bildirib.

“Mən çox narahatam ki, ABŞ prezidenti Obama hələ iki il prezident postunda qalacaq. Bu müddətdə Vladimir Putin Ukrayna və digər keçmiş postsovet respublikaları Obamadan almaq cəhdlərini ikiqat artıracaq”, - deyə C.Bolton “Nyu-York” radiostansiyasının “The Cats Roundtable-ı 970 AM” proqramına müsahibəsində vurğulayıb.

ABŞ-ın BMT-dəki keçmiş səfiri hesab edir ki, Obamanın qarşıdakı iki illik prezidentliyi dövründə də Avropa təhlükəli dövrü yaşamağa məcbur olacaq. Onun sözlərinə görə, ABŞ prezidenti Avropaya diqqət yetirməkdən artıq imtina edib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın B.Obama ilə sıx münasibətlərini də tənqid edib.

"Türkiyə uzun illər ikili oyun oynayıb. Ərdoğanın hökuməti radikallara Suriyaya sızmağa icazə verdi. Ağ Ev isə Türkiyə prezidenti Ərdoğanı xarici liderlər arasında Obamanın ən yaxın dostu adlandırdı. Bu bizə yaxşı heç nə gətirməyəcək".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm