Tehran Yerevanı Bakıdan xilas etmək istəyir - Ssenari
Bizi izləyin

Dünya

Tehran Yerevanı Bakıdan xilas etmək istəyir - Ssenari

“Ehtimal var ki, Ermənistan İran qazının Avropaya çıxması üçün tranzit ölkə olsun. Bunu Ermənistandakı İran səfiri Məhəmməd Rəisi də istisna etməyib. Bundan əvvəl İranın neft naziri Əli Madjedi Ermənistan vasitəsilə Avropaya qaz çıxarmaq haqqında danışmışdı. Hesab edirəm ki, bu İrana qaşı sanksiyaların tamamilə aradan qaldırılmasından sonra mümkün ola bilər. Yəni bir qədər vaxt lazımdır”.


Publika.az xəbər verir ki, bu barədə Tehran hökumətinə yaxınlığı ilə seçilən İran politoloqu Əli Salami deyib.


İranlı politoloq İranın Ermənistana xüsusi önəm verdiyini, əsas prioritetlərdən biri olduğunu açıqlayıb. O, buna misal kimi hər iki ölkə rəsmilərinin sıx təmasını göstərib.


Qeyd edək ki, rəsmi Tehranın Yerevana dəstəyi yeni deyil. Zaman-zaman gündəmə gələn bu dəstək Bakının təcridetmə siyasətinə zərər yetirir.


Bu günlərdə Xəzərdə Ermənistan mallarının İran gəmiləri vasitəsilə Şərq bazarlarına çıxışı gündəmə gəlmişdi. Belə ki, yayılan informasiyaya görə, İran və Ermənistan iqtisadi əlaqələrini yaxınlaşdırmaq üçün dəfələrlə cəhdlər edib. Tərəflər əvvəllər də bir sıra böyük layihələrin həyata keçirilməsi barədə niyyət protokollarını imzalayıb. Belə ki, Ermənistandan İrana yeni yüksəkgərginlikli elektrikötürmə xətti çəkilməli idi. Əks istiqamətdə neft kəmərinin çəkilməsi, həmçinin İran-Ermənistan sərhədində neft emal edən zavodu tikmək planlaşdırılırdı. İki ölkənin dəmiryol şəbəkələrinin birləşdirilməsindən söhbət gedirdi. Və nəhayət, İran Ermənistana özünün avtomobil yollarından, həmçinin Xəzər dənizindəki Ənzəli və Fars körfəzindəki Benderabbas limanından sıfır tranzit haqqı ilə istifadə barədə təklif verib.

İran neftinin Ermənistan vasitəsilə Avropaya çıxarılması məsələsinin gündəmə gəlməsi isə işğalçı Yerevanın işğal siyasətini gücləndirə bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm