• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Bu ölkə üçün ölməyin mənası yoxdur” - Ukrayna ordusu barədə ŞOK İDDİA

  • Dünya
  • 20 Oktyabr 2014 13:25
  • 1 573 Baxış
“Bu ölkə üçün ölməyin mənası yoxdur” -  Ukrayna ordusu barədə ŞOK İDDİA

Ukrayna könüllülərinin komandiri Yuri Bereza və ona tabe olan 150 əsgər İlovaysk şəhəri ətrafında qəflətən Rusiya əsgərləri və zirehli texnikanın mühasirəsinə düşmüşdülər.

Publika.az-ın verdiyi xəbərə görə, ABŞ-ın “Los Angeles Times” nəşri hadisənin atəşkəs barədə 5 sentyabrda imzalanan Minsk protokolundan bir neçə gün əvvəl - avqustun sonlarında baş verdiyini bildirir.

Nə peyk, nə də pilotsuz kəşfiyyat təyyarə Rusiya qoşununun Ukrayna hərbçilərinə yaxınlaşdığını qeydə almamışdı. Rusiya qoşunlarının keçdiyi sərhəd postu da sürətli hücum haqqında Yurinin döyüşçülərini xəbərdar etməmişdi. Könüllülər kömək üçün Kiyevə müraciət etdilər. Paytaxtdan onlara ərzaq, silah və döyüş sursatlarının göndəriləcəyi barədə söz verdilər. Ancaq döyüşçülər onlara vəd olunan heç nəyi almadı və beş gündən sonra yağış suyunu içməli oldular. Bütün bu vaxt ərzində könüllülər fasiləsiz snayper atəşi altında saxlanılrıdı.

İlovayskda 107 könüllü həlak oldu və 700-dən çox döyüşçü əsir alındı. Bu Ukraynanın müstəqilliyini əldə etməsindən sonra ordunun dağılmasının dərəcəsini əyani nümayiş etdirən hadisə oldu.

Əslində Ukrayna ordusunun hansı vəziyyətdə olduğu Donbasda döyüşlərin başlandığı ilk günlərdən özünü göstərməyə başladı. Rusiya tərəfindən dəstəklənən separatçılar mart ayında Ukrayna ərazini tutmağa başlayan zaman Ukrayna müdafiə naziri olan İqor Tenyux parlamentdə bilmişdi ki, ölkənin hərbi hissələrində təcavüzə qarşı durmaq üçün döyüş bacarığı olan 6 mindən çox əsgər var.

Müdafiəyə xərclər sovet vaxtı ilə müqayisə də xeyli düşdü. Ukrayna Müdafiə Nazirliyinin məlumatına Kgörə, keçən il orduya 1,9 milyard dollar ayrıdı. Bunun yalnız 10 faizi silah arsenalının müasirləşdirilməsi və şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulmuşdu. Ukraynada keçirilən son ciddi hərbi təlimlərdən doqquz il keçib. Prezidentin könüllü bölmələr üçün vəsait yığımı üzrə məsləhətçisi Yuri Biryukov bildirib ki, Ukrayna müstəqillik əldə edəndən sonra bir təyyarəni belə işə salmayıb. Ukrayna ordusunun hava gücü və donanmasının azalma tempi davam edib. Sovet İttifaqının dağılması ilə Ukrayna 1500 təyyarə və vertolyot almışdı.

Analitiklər hesab edir ki, qonşu Rusiyanın potensial təhlükə olduğu halda Ukrayna liderlərinin orduya diqqət yetirməməsi ən ciddi səhv idi.

Bəzi hallarda ölkənin müdafiə qabiliyyəti qəsdən dağıdılırdı. Kiyev 1994-cü ildə Nüvə Silahının Yayılmaması haqqında Müqaviləni imzaladı. Ukrayna sovet nüvə arsenalından ona düşən payını Rusiyaya verdi. Bu təxminən 1300 qitələrarası ballistik raket idi. Əvəzində isə Rusiya, Birləşmiş Ştatlar və Britaniya Ukrayna sərhədlərinə hörmət etməyə söz verdilər.

Rusiya prezidenti Vladimir Putin mart ayında Krımı ilhaq etməklə bu razılaşmanı pozdu. Ancaq korrupsiya, strateji səhvlər və resursların dağıdıldığı iki onillik ona gətirib çıxardı ki, Ukrayna acınacaqlı ordusu rusları dayandıra bilmədi.

“Biz birinci gündən – Kırmdan vuruşmalı idik”, deyə İlovayskda dağıdılmış “Dnepr-1” batalyonunun komandir müavini Maksim Dubovski qeyd edir. Krım yarımadasının Rusiya tərəfindən tutulması ilə Ukrayna şəxsi dəniz bazalarından məhrum oldu.

Ukrayna iqtisadiyyatının acınacaqlı vəziyyəti ölkəni silah istehsalını azaltmağa məcbur etdi. Ukraynaya Silahlı Qüvvələrini müasirləşdirmək üçün hər il təxminən 5 milyard dollardan az olmayaraq vəsait lazımdır. Nizami ordunun problemləri bir çox könüllü hərbi birləşmələrin yaranmasına gətirib çıxardı. Ac və pis silahlı Ukrayna əsgərləri bir çox hallarda döyüş meydanından birinci atəşdən sonra qaçdı.

“Bizdə isti qidalar yoxdur. Biz quru payları yeyirik. Amma onlar da həmişə olmur. Biz yemək üçün sahələrdə nəsə axtarırıq”, məzuniyyətdə olan 21 yaşlı Kiyev sakini Andrey danışır. O, cəzalandırılacağından qorxaraq soyadını açıqlamayıb. Onun sözlərinə görə, əsgərlər məzuniyyətə gedəndə komandir onlara qayıtmamağı məsləhət görürdülər. “Sənə tüpürən ölkə üçün ölməyin mənası yoxdur”, deyə komandir bildirib.

İlovayskda Y.Bereza ilə vuruşmuş 38 yaşlı keçmiş desantçı Vladimir Tuqay özünü satılmış hiss edir. Amma klimin tərəfindən satıldığını bilmir. Avqustun ortalarında boynundan qəlpə ilə yaralanan Tuqay xatırlayır ki, ayağı qopan bir neçə gənc ilk tibbi yardım məntəqəsi kimi yük avtomobilində uzanırdı.

Ukrayna parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin deputatı Yuri Sirotyuk 2012-ci ilin oktyabrında komitə iclasında sensasiya doğuracaq bir bəyanat verdi. “Əgər Ukrayna ordunun zəifləməsi tendensiyasının qarşısını almazsa və öz müdafiə strategiyasını dəyişdirməzsə, gələn ildə torpağımızda Rusiya qoşunlarını görəcəyik”, –ukraynalı deputat həyəcan təbili çalırdı. Y.Sirotyuk müxalifətdəki “Azadlıq” Partiyasının üzvüdür. Ölkəyə isə keçmiş prezident Viktor Yanukoviçin Regionlar Partiyası başçılıq edirdi və müxalifət təmsilçisinin fikirlərinə etinasız yanaşırdı. V.Yanukoviç hesab edirdi ki, Ukrayna üçün zəif ordu tamamilə normaldır. Bir halda ki, daxili qoşunlar üçün pula qənaət etmək olar. Bundan başqa, o iddia edirdi ki, Rusiya yaxın dostdur və ehtiyac olduğu halda Ukraynanın təhlükəsizliyini təmin edəcək.

Bu gün isə Sirotyuk “mən haqlı idim” deyir. Rusiya mart ayında Krım yarımadasını zəbt etdi. Rusiya həmçinin Şərqi Ukraynaya qoşun yeritdi. Baxmayaraq ki, bunu təkzib edir. Rusiya Ukrayna ordusuna qarşı vuruşan separatçılara qarşı hər çür dəstək verir. Separatçılar istilik sistemi ilə təhchiz olunan raketlərdən istifadə edir. Kiyev iddia edir ki, separatçılara bu raketləri Moskva çatdırır.

Rusiyanın təcavüzkar siyasəti fonunda Kiyevdə ordunun necə möhkəmləndirilməsi yolları müzakirə edilir. Problemin sürətli həlli isə çox çətindir. Ordunun zəifləməsinin əsas səbəblərindən biri kimi korrupsiyanın kütləvi miqyası göstərilirsə, digər bir səbəb isə ölkənin antirus və antiavropa düşərgələrə parçalanması hesab edilir.

“Müstəqillik dövründə Ukrayna ordusu inkişaf etmirdi. Əslində, hər şey tam tərsinə idi”, – Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk deyir.

D.Tımçukun sözlərinə görə, ən böyük müvəffəqiyyətsizlik onunla bağlı oldu ki, hərbçilər məhz qonşu Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizə strategiyasını hazırlamadılar.

Sovet İttifaqının dağılmasından sonra keçən 23 il ərzində Ukraynada hərbi xərclər hər il azalıb. Məsələn, 2002-ci ildə Ukrayna dövlət büdcəsinin təxminən 6,8 faizini müdafiəyə xərclədiyi halda, bu 2011-ci ildə bu rəqəm 4, 2013-cü ildə isə cəmi 3,6 faiz idi. Hərbi büdcənin azalması ilə Silahlı Qüvvələrin sayının ixtisarı paralel şəkildə gedirdi. İxtisarlar adətən “soyuq müharibə”nin başa çatması ilə izah olunurdu. Ukraynanın Silahlı Qüvvələrində 1992-ci ildə təxminən 780 min insan var idi. Bu rəqəm 2009-cu ildə 245 min oldu, bu gün isə 140 mindir. Onlardan yalnız 6 mini döyüş əməliyyatlarının aparılmasına hazırdır.

Ukrayna liderləri uzun illər özlərini 1994-cü il Budapeşt memorandum ilə sakitləşdirirdi. Hansı ki, Ukrayna həmin müqavilə ilə sovet dövrünün nüvə silahından müstəqilliyi və ərazi bütövlüyünə verilən zəmanət əvəzində imtina etdi. Kiyevə bu zəmanəti ABŞ, Böyük Britaniya və Rusiya vermişdi.

Sirotyuk bildirir ki, 2010-cu ildə Ukrayna ordusunun ideologiyasında Rusiyaya tərəf kəskin dönmə baş verdi. Ukrayna müttəfiqi və müdafiəçisi olaraq Rusiyaya etibar etdi. Yenidən seçilmiş prezident Yanukoviç hesab etdi ki, Silahlı Qüvvələrə pul qoymağa ehtiyac yoxdur.

Bunun əvəzində isə o, daxili təhlükəsizliyin təminatı ilə məşğul olan milisin və başqa güclərin inkişafına xüsusi diqqət yetirməyə başladı. “Hamı bilirdi ki, milis insanları müdafiə etmir. Eyni zamanda, Ukrayna ordusu tənəzzül edirdi”, – Sirotyuk təəssüf hissi keçirir.

Yanukoviç 2010-2013-cü illərdə 25 hərbi bazanı yerli hakimiyyətlərə verdi. Yerli hakimiyyətlər isə onları isə şəxsi şirkətlərə kirayə verməyə başladılar. Hökumət 2013-cü ilin noyabrında orduya məxsus 96 bina və torpaq sahəsi ötürülməsi planını hazırladı. “Və indi nə oldu? Rusiya təcavüzkar oldu, amma Budapeştdə razılaşmanı imzalayan ölkələr susurlar”, – Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk deyir.

Bir müddət əvvəl mətbuat konfransında çıxış edən Mudafiə Nazirliyinin idarə rəisi Arkadi Stujuk bildirdi ki, Ukrayna ordusu dəbilqə və gülləkeçirməyən jiletlər də daxil olmaqla bir sıra hərbi ləvazimatlarla yalnız 40 faiz təmin olunub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR