Lavrovdan “soyuq müharibə” şərhi: “Bunu tarixçilərin öhdəsinə buraxmaq lazımdır”
Bizi izləyin

Dünya

Lavrovdan “soyuq müharibə” şərhi: “Bunu tarixçilərin öhdəsinə buraxmaq lazımdır”

“Moskva və Vaşinqton arasındakı hazırkı münasibətlərin yeni “soyuq müharibə” hesab edilməsinin tərəfdarı deyiləm”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “Vətəndaş universiteti” layihəsi çərçivəsində çıxışında deyib.

“Bu, əlbəttə, “soyuq müharibə deyil”, - deyə Rusiya xarici siyasət idarəsinin başçısı bildirib.

ABŞ və Rusiya arasındakı münasibətlərin hansı formada adlandırılmasına gəlincə, S.Lavrov qeyd edib ki, bu işi tarixçilərin öhdəsinə buraxmaq lazımdır: “Yəqin ki, dərsliklər nə vaxtsa bu dövrü hansısa parlaq bir terminlə xarakterizə edəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm