Con Kerri fakt qarşısında: "Pakistanda mülki şəxslər öldürülür"
Bizi izləyin

Dünya

Con Kerri fakt qarşısında: "Pakistanda mülki şəxslər öldürülür"

Publika.az “xəbər7”- yə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Pakistanda 10 ildə 2370 nəfərin ölümünə səbəb olub.Əməliyyatların hədəfi olaraq göstərilən Əl-Qaidədəki itki sayı isə sadəcə 84 nəfərdir.

İŞİD-ə (İraq Şam İslam Dövləti) qarşı İraq və Suriyadakı əməliyyatlarını davam etdirən ABŞ minlərlə kilometr uzaqlıqda yerləşən Pakistanda da qətliamlarına davam edir. Araşdırmaçı Jurnalistlər birliyi (TBIJ) tərəfindən açıqlanan son hesabatda, Pakistanda 2004-cü ildən indiyə kimi davam edən MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) əməliyyatlarında həlak olanların 96%-nin Əl-Qaidə üzvü olmadığı ortaya çıxıb.

1600 naməlum meyit

Mərkəzi Londonda yerləşən TBIJ-nin araşdırmasına görə, ABŞ-ın Pakistanda 10 ildir davam edən hava hücumlarında həlak olanlar cəmi 2370 nəfərdir.

Bunlardan, sadəcə, 295 nəfəri silahlı qruplaşma üzvüdür. Əməliyyatların keçirilməsində əsas olaraq göstərilən Əl-Qaidənin itkisi isə, sadəcə 84 nəfərdir.

Bu da cəmi həlak olanların 4%-i deməkdir. Bir tərəfdən də pilotsuz təyyarə hücumlarında öldürülən şəxsiyyəti məlum olan insanların sayı isə 704 nəfərdir.

Bu araşdırmadan sonra ABŞ Milli Təhlükəsizlik Şurasının açıqlama verəcəyi gözlənilir. Şuranın sözçüsü Caitlin Hayden hesabatlara rəğmən, hava hücumları zamanı heç bir mülki vətəndaşın həyatının təhlükə altına qoyulmadığını bildirib.

Hayden mülki şəxslərin yaralanması və ya həlak olması ilə bağlı faktların isə araşdırılaraq müvafiq qərarlar qəbul olunduğunu deyib.

ABŞ-ın pilotsuz təyyarələrinin yaratdığı faciəni nümayiş etdirən nəticələr ABŞ dövlət katibi Con Kerrinin “sadəcə, təsdiq edilmiş terror hədəflərini vururuq” iddiasının da yalan olduğunu üzə çıxarıb.

Xatırladaq ki, Pakistanda mülki şəxslər arasında itkilər çoxalıb. Pentqon isə heç bir açıqlama vermir.

Pakistan baş naziri Nəvaz Şərif dəfələrlə bu faktlara görə rəsmi Vaşinqtonu ittiham edib. ABŞ prezidenti Barak Obama hava hücumlarının davam eləməsində israrlıdır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm