Lavrov "Ukrayna ssenari”sinin Moldovada tətbiqindən danışdı
Bizi izləyin

Dünya

Lavrov "Ukrayna ssenari”sinin Moldovada tətbiqindən danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moldovada Ukrayna ssenarisinin tətbiqinin çox zərərli nəticələri barədə Avropa Birliyinə xəbərdarlıq edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər naziri “Vahid Rusiya” Partiyasının “Vətəndaş universiteti” layihəsi çərçivəsində söylədiyi mühazirədə Avropa Birliyini diqqətli davranmağa çağırıb.

“Çox ümid edirəm ki, Moldovada Ukrayna ssenarisinin təkrarlanmasının zərərli nəticələrini Avropa Birliyi yaxşı anlayır. Avropa Ukraynada həyata keçirdiyi planları Moldova və Dnestryanı ərazidə də tətbiq etməyi düşünür”, - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Moldovanın neytral hərbi-siyasi statusunu dəyişdirməsi Dnestryanı əraziyə müstəqil olmaq hüququ verəcək: “Əgər Moldova öz müstəqilliyini itirər və başqa bir ölkə ilə (Rumıniyadan söhbət gedir – Ö.D.) birləşərsə, yaxud da hansısa hərbi-siyasi bloklara qoşularaq neytral statusunu itirərsə, Dnestryanı sakinləri öz gələcəyi haqqında müstəqil qərar qəbul etmək hüququna malikdirlər. Bu, bizim əsas mövqeyimiz olacaq”.

Bir müddət əvvəl Moldovanın Qaqauziya Muxtar Respublikasının prezidenti Mixail Formuzal “Nezavisimaya qazeta”ya açıqlamasında Rumınıyanın “Moldova Maydanı” ssenarisini hazırladığını iddia etmişdi.

“Trayan Besesku Kiyev hadisələrində zərər çəkən “Berkut” əməkdaşlarını ölkəsində istirahət etməyə dəvət edib. Biz onların payızda keçiriləcək parlament seçkilər zamanı fəallaşacağından ehtiyat edirik”, - deyə M.Formuzal bildirmişdi.

Qeyd edək ki, Rumıniya prezidenti Trayan Besesku “İki Rumıniya"nın yenidən birləşdirilməsi ideyası ilə məşhurdur. Ancaq onun bu ideyasını Qaqauziya muxtariyyəti qəbul etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm