Saakaşvilinin silahdaşı üç il həbs cəzası aldı
Bizi izləyin

Dünya

Saakaşvilinin silahdaşı üç il həbs cəzası aldı

Gürcüstanın keçmiş Daxili İşlər Nazirliyinin başçısı və baş naziri Vano Merabişvili barəsində növbəti məhkəmə hökmü çıxarılıb.

Publika.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, 2006-cı il yanvarın 28-də bank işçisi Sandro Qirqvilianinin qətlində əli olduğu bildirilən sabiq məmur üç il azadlıqdan məhrum edilib.

Sandro Qirqviliani 2006-cı ilin yanvarında öldürülüb. O, Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələri ilə davadan sonra Tiflis şəhərinin ətrafında yerləşən qəbiristanlıqda ölü tapılıb. Münaqişə kafedə baş verib. Orada yüksək vəzifəli dövlət işçiləri, həmçinin Vano Merabişvilinin xanımı olub.

Sabiq baş nazir həmçinin vəzifəsindən sui-istifadə edərək dövlət proqramının həyata keçirilməsi zamanı qanunsuzluqlara yol verilməsi, 2011-ci il mayın 26-da müxalifətin Tiflisdə keçirdiyi kütləvi etiraz aksiyasının dağıdılmasında ittiham edilir.

Vano Merabişvili Gürcüstanda “Qızılgül inqilabı”ndan sonra daxili işlər naziri postunu tutub. Prezident Mixail Saakaşvilinin ən sadiq adamlarından hesab edilən Vano Merabişvili 2012-ci ilin iyulunda baş nazir təyin edilib.

Sabiq baş nazir ona qarşı irəli sürülən bütün iddiaları rədd edir və həbsini əvvəlki hakimiyyətin tərəfdarlarına qarşı siyasi təqib kimi qiymətləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm