Türkiyə terrorçulara yardım olunmasına izin verdi
Bizi izləyin

Dünya

Türkiyə terrorçulara yardım olunmasına izin verdi

Bərzani hakimiyyətinə yaxınlığı ilə tanınan “Rudav” internet saytının yazdığına görə, peşmərgənin yardımlarının Kobaniyə Türkiyədən çatdırılması tələbinə rəsmi Ankaradan müsbət cavab gəlib.

Publika.az “Star” qəzetinə istinadən xəbər verir ki, Suriyada vətəndaş qırğını zamanı ölkənin Türkiyə ilə həmsərhəd Kobani şəhərini nəzarətinə götürən PKK terror təşkilatının yerli qanadı YPG bir aydan çoxdur ki, İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı ilə döyüşür. Belə ki, İraq və Suriyada qətliamlar törədən və işğal etdiyi bölgələrdə şəriət elan edən və Kobanini ələ keçirmək istəyən İŞİD terror təşkilatına qurudan YPG yaraqlıları, havadan isə ABŞ-ın liderliyində qurulan koalisiya qüvvələri zərbə endirir.

Bundan öncə PYD lideri Saleh Müslim Türkiyəyə səfər edərək, bir neçə xüsusi xidmət orqanlarının əməkdaşları və dövlət rəsmiləri ilə görüşüb. Səfərinin əsas səbəbi İraq Kürd Regional Rəhbərliyindən (İKRR) gələn hərbi və humanitar yardımların Türkiyədən Kobaniyə keçirilməsinə izin verilməsi olub. Lakin Saleh heç bir razılıq əldə etmədən geri qayıtmaq məcburiyyətində qalıb.

Məlum icazəni İKRR lideri Məsud Bərzani alıb. Belə ki, Bərzani hakimiyyətinə yaxınlığı ilə tanınan “Rudav” internet saytı peşmərgə qüvvələrinin şəhəri İŞİD hücumlarından qorumaq üçün Kobaniyə getməsinə Türkiyənin icazə verdiyini yazıb.

Saytın xəbərinə görə, İKRR lideri Məsud Bərzani İKRR yardımlarının Kobaniyə çatması üçün Türkiyə sərhədlərindən istifadə etmək icazəsi istəyib. Türkiyə hökuməti isə müsbət cavab verib.

Xatırladaq ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı CENTCOM İŞİD-ə qarşı Kobanini müdafiə edən bölgədəki kürd qüvvələrinə havadan silah yardımı etdiklərini bildirib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm