Ukrayna FTX-nin Kiyevdə gizli planını üzə çıxardı
Bizi izləyin

Dünya

Ukrayna FTX-nin Kiyevdə gizli planını üzə çıxardı

Rusiya xüsusi xidmət orqanları Ali Radaya seçkilər günündə Kiyevdə təyyarəni partlatmaq, həmçinin Mərkəzi Seçki Komissiyası və Nazirlər Kabinetini atəşə tutmaq istəyirdi.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəszilik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya bildirib.

Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları 24 oktyabrdan başlayaraq Ali Radaya seçkilər keçiriləcək günə qədər “Kiyev xalq respublikası” adından vərəqələr yaymaq istəyirdilər. Milli Təhlükəszilik Xidmətinin mətbuat katibi Rusiya Federasiyası vətəndaşı 1992-ci il təvəllüdlü Sergey Rastrıqin yaradılmış qrupa rəhbərlik etdiyini deyib.

“Cinayətkar qrup dövlət hakimiyyəti orqanları ilə yanaşı, nəqliyyat və kommunal təsərrüfat müəssisələrində diversiyaları və terror aktlarını keçirməyi planlaşdırırdı. Bu məqsədlə Rusiya Federasiyası xüsusi xidmət orqanı Kiyevdə gizli ünvan tutublar. Burada tank əlehinə qumbaraatanlar, reaktiv odsaçanlar və qumbaralar aşkarlanıb. Ukrayna Milli Təhlükəszilik Xidmətinin əməkdaşları müəyyən edib ki, Rusiya xüsusi xidmət orqanları qruplaşmaya planın icrası üçün 64 min 200 dollar verib”, - deyə Yelena Qitlyanskaya deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm