Azyaşlı qıza təcavüz etdi, 15 il cəza aldı
Bizi izləyin

Dünya

Azyaşlı qıza təcavüz etdi, 15 il cəza aldı

İngiltərədə 46 yaşlı kişi 16 yaşlı qıza 4 il təcavüz edib. Lakin məhkəmədə hadisəni əqli geriliyi olan oğlunun üzərinə atıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Terrence Tucker cəzadan boyun qaçırmaq istəsə də, buna nail ola bilməyib.

Məhkəmə ona 15 il həbs cəzası verib.

İddiaya baxan hakim onun qıza bir neçə il mütəmadi təcavüz etdiyini, onu aborta məcbur etdiyini və törətdiyi əməldən peşman olmadığını əsas gətirib.

12-13 yaşında bəri Tuckerin təcavüzüylə üzləşən və hamilə qalandan sonra başına gələnləri polisə deyən qurban psixoloji təzyiqə də məruz qaldığını açıqlayıb. O, böyük psixoloji travma aldığını və Tuckerin onu abort etdirməyə məcbur etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm