Afrikada bir nəsil məhv ola bilər
Bizi izləyin

Dünya

Afrikada bir nəsil məhv ola bilər

Liberiya prezidenti Ellen Conson Sörlif bütün dünya ölkələrinə müraciət edib.

Publika.az-ın məlumatına görə, Liberiya prezidentinin "dünyaya məktub"unda deyilir ki, xəstəlik sərhəd tanımır və hər bir ölkə ona qarşı mübarizədə əlindən gələni etməlidir.

Dünya ölkələrini Ebola ilə mübarizəyə çağıran prezident, bu virusun təkcə səhiyy böhranı deyil, eyni zaanda iqtisadi böhran olduğunu bildirib. O, afrikalıların gənc nəslinin iqtisadi fəlakətə görə itirilmə təhlükəsi ilə üzləşdiyini deyib.

Washington Post qəzetindəki məqalədə prezident Sörlif beynəlxalq reaksiyanın ləng olmasından gileylənib, və bunun Liberiyada ebolanın yayılması nəticəsində ölkənin səhiyyə sisteminin çökməsinə gətirib çıxardığını bildirib.

Xanım Şörlif bildirib ki, səhiyyə sistemi tərəfindən epidemiyanın ilkin mərhələlərində virusa qarşı sürətli və səmərəli şəkildə tədbirlər görülsəydi, indi Amerika əsgərlərinin Liberiyada müalicə mərkəzləri qurmasına ehtiyac olmazdı.

Prezident Uqandanı nümunə göstərərək bildirib ki, təlim və resursların köməkliyi ilə, həkimlər virusu diaqnozlaşdıra bilib, xəstələri karantinə salıb, özlərini də yoluxmadan qoruya biliblər.

Prezident bildirib ki, ebola epidemiyasının təkrarlanmasının qarşını almağın yolların araşdırmaqla bu virus nəticəsində dünyasını dəyişən insanların xatirəsinə ehtiram göstərilmiş olar.

Qeyd edək ki, Beynəlxalq ianələr BMT agentliklərinin və yardım təşkilatlarının tələb etdiyindən çox az olub.

Qərbi Afrikada 4500-dən çox adam Ebola virusundan ölüb. Onlardan 2 200-ü Liberiyadandır. Qvineya, Liberiya və Syera Leonedə 9 000-dək adamın xəstəliyə yoluxduğu bildirilir. Xəstəliyə yoluxanların təxminən 70 faizi ölür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm