Peşmərgə Kobaniyə hansı marşrutlarla keçəcək? – Xəritə
Bizi izləyin

Dünya

Peşmərgə Kobaniyə hansı marşrutlarla keçəcək? – Xəritə

Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlunun Kobaniyə keçmək istəyən peşmərgəyə kömək ediləcəyini söyləməsindən sonra diqqətlər peşmərgənin hərəkət edəcəyi marşrutlara yönəlib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, silah və peşmərgə birliklərinin Kobaniyə keçirilməsi üçün iki marşrutdan istifadə ediləcək.

1.Bu marşrutdan istifadə ediləcəyi halda silah və hərbi qüvvələr İraqın şimalındakı Zaho sərhəd məntəqəsindən Şırnakın Silopi mahalına keçəcək və İpək yolu olaraq tanınan yolla Kobaniyə çatdırılacaq.

2.Silah və peşmərgə gücləri İraq-Suriya sərhədindəki Fişhabur sərhəd məntəqəsindən keçərək Suriyanın şimalındakı və PYD-nin nəzarəti altında olan Rasulayn sərhəd qapısından Şanlıurfa vilayətinin Ceylanpınar mahalına daxil olacaq, buradan isə Viranşehir yolu ilə Kobaniyə çatdırılacaq.

Bu marşrutu daha əvvəllər PYD lideri Saleh Müslimin təklif etdiyi Serekaniye-Kobani dəhlizinin keçdiyi marşrutudur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm