İlovaysk faciəsinin əsas günahkarları tapıldı
Bizi izləyin

Dünya

İlovaysk faciəsinin əsas günahkarları tapıldı

Ukraynanın İlovaysk rayonunda baş verən faciə ilə bağlı Ali Radada yaradılan Müvəqqəti istintaq komissiyası araşdırmaların ilkin nəticələrini açıqlayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, hesabatda Müdafiə Nazirliyində səhv kadr təyinatlarının faciəyə gətirib çıxardığı deyilir. Qeyd olunur ki, müdafiə naziri Valeri Qeletey, Baş Qərargah rəisi Viktor Mujenkonun qeyri-adekvat hərəkətləri, eləcə də prezidentin hərbi vəziyyətin tətbiqinə təşəbbüs etməməsi hadisənin səbəblərindəndir.

Bundan başqa, komissiyanın üzvləri qeyd edirlər ki, həmin vaxt ölkənin müdafiəsi lazımı şəkildə təşkil edilməyib.

Xatırladaq ki, İlovaysk yaxınlığında avqustun sonunda bir neçə ukraynalı hərbçi separatçıların və Rusiya hərbçilərinin mühasirəsinə düşüb. Şiddətli döyüşlərin nəticəsi olaraq Ukraynanın ən azı 200 hərbçisi həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm