Nigeriyada atəşkəs pozuldu: 28 ölü
Bizi izləyin

Dünya

Nigeriyada atəşkəs pozuldu: 28 ölü

Nigeriyanın şimalındakı Borno əyalətində baş verən atışmada ən azı 28 "Boko Haram" qruplaşmasının silahlısı məhv edilib.

Publika.az xəbər verir ki, adının açıqlanmasını istəməyən Nigeriya Ordusnun səlahiyətli şəxslərindən biri Anadolu Agentliyinə verdiyi açqılamada bazar günü axşam "Boka Haram" qruplaşmasının Damboa şəhərinə hücuma keçdiyini, lakin itki verərək geri çəkildiklərini deyib.

Qeyd edək ki, oktyabrın 17-də Nigeriya Hökuməti ilə "Boka Haram" arasında 300-ə yaxın məktəbli qızın qaytarılmasına görə, atəşkəs elan edilmişdi. Amma anlaşmadan bir neçə saat sonra terorçular Borno əyalətinin şimalındakı Abadam bölgəsinə hücum etmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm