Human Rights Watch: “Ukrayna müharibə qanunlarını pozub”
Bizi izləyin

Dünya

Human Rights Watch: “Ukrayna müharibə qanunlarını pozub”

Oktyabr ayında Ukrayna hərbçiləri kasset döyüş sursatlarından istifadə edib.

Publika.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

“Human Rights Watch” Ukraynanın Donbas hövzəsinin 12-dən çox yaşayış məntəqəsində araşdırmalar aparıb.

"Ukrayna hökumət gücləri 2014-cü il oktyabrın əvvəlində döyüş əməliyyatları aparılan yaşayış məntəqələrində kasset döyüş sursatlarından istifadə etdi. Məskunlaşdırılan rayonlarda kasset döyüş sursatlarından istifadə müharibə qanunlarını pozur və bu hərbi cinayətdir”, - deyə təşkilatın bəyanatında qeyd olunub.

Təşkilat qeyd edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı 2 oktyabrda Donetskdə həlak oldu. Hadisədə Ukrayna hərbçilərinin iştirakını göstərən dəlillər təşkilatın məruzəsində “xüsusilə inandırıcı” hesab olunub. Təşkilatın mütəxəssisləri hadisə yerində “Uraqan” və “Smerç” yaylım atəş sistemlərinin 22 mərmisini aşkar edib.

Ukrayna hökuməti kasset döyüş sursatlarının tətbiqi haqqında təşkilatın rəsmi sorğusuna cavab verməyib.

Human Rights Watch həmçinin hesab edir ki, kasset döyüş sursatlarını separatçılar da tətbiq edə bilər. Ancaq bu barədə inandırıcı dəlillərin aşkar edilmədiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm