Rusiya Mərkəzi Bankı sanksiyaların nəticələrini açıqladı
Bizi izləyin

Dünya

Rusiya Mərkəzi Bankı sanksiyaların nəticələrini açıqladı

Qərbin tətbiq etdiyi sanksiyalar Rusiya banklarına təsir göstərməyib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə maliyyə sabitliyi icmalında deyilir.

Qeyd olunur ki, sanksiyaların əməliyyat fəaliyyətinin ayrı-ayrı aspektlərinə mənfi təsirinə baxmayaraq, bütovlükdə ölkənin ən böyük banklarına əhəmiyyətli təsir göstərməyib.

Xatırladaq ki, ABŞ və Avropa Birliyi iyul ayında Rusiyanın ən böyük maliyyə institutlarına qarşı sanksiyalar tətbiq edib. Sanksiyalarla Amerika və Avropa investorlarına “Əmanət bankı”, VTB, “Qazprom”, Rusiya kənd təsərrüfatı bankı və Xarici iqtisadiyyat bankına 30 gündən çox müddətə kredit verməsi qadağan edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm