“Total” prezidentinin ölüm səbəbinin 4 versiyası
Bizi izləyin

Dünya

“Total” prezidentinin ölüm səbəbinin 4 versiyası

Xəbər verildiyi kimi, Moskvanın “Vnukovo” aeroportunda qartəmizləyən maşınla yüngül motorlu “Falcon” təyyarəsinin toqquşması nəticəsində Fransanın “Total” neft konserninin rəhbəri Marjeri Kristofu həlak olub. Hadisə nəticəsində üç ekipaj üzvü də dünyasını dəyişib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hazırda hadisəni araşdıran hüquq-mühafizə orqanları dörd versiya üzərində işləyir.

Rusiya Federasiyası Moskva regionlararası istintaq idarəsinin İvan Sibulun sözlərinə görə, hadisənin müxtəlif versiyaları var: pilotların səhvi, dispetçerlərin səhvi, qartəmizləyən maşının sürücüsünün səhvi və pis hava şəraiti. Hazırda müstəntiqlər hadisənin videoyazısının olub-olmadığını müəyyənləşdirir. Təyyarənin “qara qutu”su hadisə yerindən götürülüb.

“Vnukovo” hava limanının mətbuat xidmətindən bildirilib ki, hadisənin araşdırılmasında Dövlətlərarası Aviasiya Komitəsi və “Rosaviasiya” iştirak edəcək.

Toqquşma nəticəsində qartəmizləyən maşının sürücüsü ciddi zərər çəkməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm