İŞİD-dən kürdlərə ağır zərbə
Bizi izləyin

Dünya

İŞİD-dən kürdlərə ağır zərbə

Dünən Kobanidə İŞİD (İraq Şam İslam Dövləti) ilə YPG (PKK terror təşkilatının Suriya qolu – red.) arasında indiyə qədər ən böyük toqquşma baş verib.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, İŞİD, YPG-yə aid silah-sursat anbarını partladıb.

Kobanidə İŞİD-lə YPG arasında baş verən toqquşmalar axşam saatlarında daha da artıb. Atışma səsləri Türkiyənin Şanlıurfa vilayətinin Suruc bölgəsində eşidilib.

YPG-yə aid silah-sursat anbarının olduğu deyilən bölgədə baş verən kiçikmiqyaslı partlayışdan sonra böyük bir partlayış olub. Silah-sursat anbarının olduğu yerdən təxminən 50 metr məsafədə daha böyük bir partlayış baş verib.

Silah-sursat anbarının olduğu əraziyə İŞİD yaraqlısı tərəfindən kamikadze hücumunun təşkil edildiyi deyilir. Baş verən toqquşma nəticəsində çoxlu sayda yaralı və ölünün olduğu bildirilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm